Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun həmsədrliyi ilə keçirilən iclasda Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru Əsmər Şabanova, eləcə də Azərbaycan və Türkiyə turizm sənayesi üzrə ixtisaslaşmış digər qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional turizm və mədəni irsin idarə olunması, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin 2026-cı il üçün birgə Fəaliyyət Proqramının hazırlanması mövzularına toxunulub.
İclasın yekununda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.