27 yanvar 2026
Hilton Baku

Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti

Yanvarın 27-də Ookla, Azərbaycan Turizm Bürosu Azərbaycan Hotel Assosiasiyası və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin birgə əməkdaşlığı ilə keçiriləcək Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitini elan etməkdən məmnunuq.

Bu sammit ölkəmizdə milli internet bağlantısı nişanının tətbiqinə start verir. Sözügedən təşəbbüs Azərbaycana səfər edən hər bir ziyarətçi üçün rəqəmsal təcrübənin səviyyəsini yüksəltməyi hədəfləyir.

Turizm infrastrukturumuza “Speedtest Certified™” texnologiyasını inteqrasiya etməklə tərəfdaşlarımızla birgə Azərbaycanın beynəlxalq səyahətçilər və qlobal tədbir təşkilatçıları üçün rəqabətqabiliyyətli, dünya səviyyəli turizm istiqaməti olaraq mövqeyini qorumaq və daha da gücləndirmək istiqamətində çalışırıq.

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.