11 avqust 2025

İnsan Resursları üzrə İşçi Qrupun rəhbərliyi ilə Bakı Peşə Hazırlığı Mərkəzi ilə görüş keçirilib

Azərbaycan Hotel Assosiasiyasının İnsan Resursları üzrə İşçi Qrupunun fəaliyyəti çərçivəsində Bakı Peşə Hazırlığı Mərkəzi ilə görüş keçirilmişdir.

Dəyərli üzvümüz JW Marriott Absheron Baku hotelində keçirilən tədbirdə İnsan Resursları üzrə İşçi Qrupunun rəhbəri Sevinc Purvis, AHA-nın sədri Eldar Əlimuradov, AHA-nın İdarə Heyətinin üzvü Nilesh Singh, eləcə də Bakı Peşə Hazırlığı Mərkəzinin Direktoru Vüqar Xəlilov və digər rəsmi təmsilçilər iştirak etmişdir.

Görüşün əsas məqsədi turizm və qonaqpərvərlik sektorunda yerli insan kapitalının artırılmasına və Azərbaycanda məşğulluğun artırılmasına yönəlmiş strateji tərəfdaşlıqların araşdırılması olub. İştirakçılar ixtisaslı yerli mütəxəssislərin hazırlanması və təlimi sahəsində əməkdaşlıq etməyi, onların əmək bazarına səmərəli inteqrasiyasını təmin etməklə bu mühüm sahələrin dayanıqlı inkişafına dəstək göstərməyi öhdələrinə götürdülər.

Bakı Peşə Hazırlığı Mərkəzi ilə yeni layihələrdə əməkdaşlığımızın daha da genişlənəcəyinə ümid edirik.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.