27 avqust 2025

AHA Üzvləri China Ready təliminə qatıldı

Avqustun 27-də Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək, həmçinin turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək məqsədini daşıyan “China Ready” proqramının təqdimatı baş tutub.

“China Ready” proqramı çərçivəsində ekspertlər tərəfindən AHA-ya üzv hotellər həmçinin nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla 100-dən çox turizm sənayesi nümayəndəsinə praktik tövsiyələr və Çin bazarında fəaliyyət üçün aktual yanaşmalar üzrə təlim keçirilib. Təlimdə Çin turizm bazarının dinamikası, çinli turistlərin gözləntilərinə uyğun brend quruculuğu və turizm məhsulunun hazırlanması, istehlakçı davranış modelləri və Çin turizm bazarına çıxış strategiyaları haqqında təqdimatlar edilib.

Təlimdə iştirak edən və yekun imtahandan uğurla keçən iştirakçılara rəsmi sertifikat veriləcək və növbəti 12 ay ərzində e-poçt vasitəsi ilə Çin turizm bazarı üzrə yenilənmiş məlumatlar göndəriləcək.

Qeyd edək ki, “China Ready” beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınan proqram çinli turistlərin qəbulu üçün zəruri tələbləri müəyyənləşdirir.

Təlimdə iştirak edən bütün üzvlərimizə təşəkkür edirik və inanırıq ki, bu tədbirlər destinasiyamız və üzvlərimizin Çin turizm bazarına hazırlığını artırmaqda vacib rol oynayacaq.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.